Sərxan Musalı: Azərbaycan London olimpiadasında 3-4 qızıl medal qazana bilər [Audio]

İdman şərhçisi Sərxan Musalı

Azərbaycan yığmasına 53 idmançı daxildir. İdmançıların hamısı dünyada tanınanlardır.
Futbol+ qəzetinin şərhçisi Sərxan Musalı Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan olimpiya yığmasının London olimpiadasında 3-4 qızıl medal qazanacağına ümid edir. Onun fikrincə, Azərbaycan yığması olimpiadanın möcüzə yaradacaq komandası ola bilər. “Lisenziyaların sayına görə Azərbaycan bu olimpiadada indiyədək ən çox idmançı ilə iştirak edir. Yığmanın 53 üzvü var. Üzvlərin hamısı Dünya və Avropa çempionatlarının mükafatçılarıdır”, - deyə qeyd edib.
Olimpiya yığmasının yarıya qədəri legionerlərdir.

Müsahibənin audio yazısına qulaq asın.

Your browser doesn’t support HTML5

Şərhçi Sərxan Musalı ilə müsahibə