Yüksək sürətlə hərəkət edən iri maşın London Körpüsündə piyadaların üzərinə şığıyaraq bir neçə adamı vurub. Yol terroruna yaxın ərazidə hücumçular həmçinin bir çox adamı bıçaqlayıblar.
Son xəbərlərə əsasən 6 mülki vətəndaş, habelə 3 terrorçu öldürülüb.
Polis maşının piyadalar üzərinə sürülməsindən sonra azı üç hücumçunun insanları uzun bıçaqlarla vurduqlarını deyir.
Polis hücumçuların güllələnərək öldürüldüklərini bildirir. Onların əyinlərində görünən partlayıcı gödəkçələrin saxta olduğu müəyyən edilib.
London Təcili Yardım Xidməti Tvitterdə azı 30 adamın London boyu 6 hospitala çatdırıldığını xəbər verib.
Biz tam detalları bilmirik, lakin bu, qəsdən və qorxaqcasına günahsız londonlulara və müsafirlərə edilmiş hücumdur.
Dövlət orqanları hücumu terror aktı kimi qiymətləndirir. Ağır silahlı polis sahədə axtarış apararaq insanlara restoran və pablardan təhlükəsiz yerə köçməyə göstəriş verib.
Polisin atəş açdığı xəbər verilir. Şahidlər öncə iki hücumçunun vurulduğunu, digər üçünün isə qaçdığıı bildirmişdilər.
London meri Sadiq Xan hücumları pisləyərək Britaniya baş naziri Tereza Meylə birgə fövqəladə iclasa qatılacağını bildirib.
“Biz tam detalları bilmirik," mer bəyan edib, "lakin bu, qəsdən və qorxaqcasına günahsız londonlulara və müsafirlərə edilmiş hücumdur."
Şənbə gününün hücumu Britaniyada mart ayından bəri üçüncü terror hücumudur. Bundan öncə Vestminister Körpüsündə və cəmi iki həftə öncə Mançesterdə hücumlar onlarla adamın ölümünə və yaralanmasına səbəb olmuşdu.
ABŞ Dövlət Departamenti Londonda baş vermiş hücumu qətiyyətlə pisləyib.
“Biz anlayırıq ki, Britaniya polisi baş verənlərə terror hücumu kimi yanaşır. Birləşmiş Ştatlar Birləşmiş Krallıq hökumətinə istənilən yardımı göstərməyə hazırdır,” Vaşinqtonun bəyanatında bildirilir.