Vəhşi pişiklərin kökü kəsilmək üzrədir [Video]

Your browser doesn’t support HTML5

Keçən həftə Londonun Trafalqar meydanında məşhur şirlərlə birgə bəbiri də görmək oldu. Bu bəbir məşhur bürünc şirlərdən fərqli olaraq, daha canlı görünürdü. Bu bəbirin orada olmasının səbəbi dünya boyu şirlər və pələnglər də daxil olmaqla, böyük pişiklərin həyatlarının təhlükədə olmasıdır.

Londonun Trafalgar Meydanında nümayiş etdirilən bəbirin adı Lilidir. Dizayner Con Nolan tərəfindən hazırlanmış Lilinin çəkisi 50 kq, uzunluğu təxminən 1.3 metrdir. Onun hərəkətlərini isə bir neçə mühaəndis idarə edir.

Lilini düzəltmək beş həftə çəkib. Con Nolanın dediyinə görə, bu bəbiri düzəltməkdə məqsəd diqqəti dünya boyu böyük, vəhşi pişiklərin təhlükədə olmasına cəlb etmək idi. “Bu heyvanları Mumbay kimi şəhərlərin küçələrində görmək olar. Bunun səbəbi bizim onların yaşadığı yerlərin 90 faizini zəbt etməmizdir. Odur ki, bu haqda təşfiqat aparmaq üçün robotdan yaxşı nə ola bilər?”

Dünya boyu 80-ə qədər pişik növü mövcuddur. Zimbabveddə olduğu kimi şirlərin çox olduğu bölgələrdə onların həyatı insan müdaxiləsi səbəbindən təhglükədədir.

Təbiətin Beynəlxalq Mühafizəsi Birliyinə istinadən bildirilir ki, son 20 ildə dünya boyu şirlərin sayı 43 faiz azalıb. Təbiətin Beynəlxalq Mühafizəsi Birliyi pələnglərin daha çox təhlükədə olduğunu və onların nəslinin kəsilmək üzrə olduğunu bildirir. Belə ki, onların sayı 2500-dən az qalıb. Lilini də ixtira etməkdə məqsəd insanların diqqətini dünya boyu böyük pişiklərin nəslinin kəsilməsinə cəlb etmək idi. “Biz görürük ki, dünya boyu təbii yaşayış yerləri azalır və bu, vəhşi pişiklərin yaşadıqları ərazilər də daxil olmaqla, ən çox təbiətdə baş verir. Biz insanla vəhşi təbiət arasında münaqişələrin artdığını müşahidə edirik.”

Alimlər deyirlər ki, vəhşi pişiklərin və digər heyvanların həyatlarını yalnız bu yolla qurtarmaq olar – onların fəaliyyət göstərmələri üçün daha çox yer vermək və onların brakonyerlər tərəfindən hədəf alınmasını dayandırmaq.