Londonda Azərbaycan idmançılarının mübarizə anları

Valentin Xristov Ağırlıqqaldırma yarışlarında 56 kq-da Olimpiya üçüncüsü olaraq Azərbaycana ilk medal (bürünc) qazandırır.

2008-ci il Pekin Olimpiya Oyunlarının bürünc mükafatçısı Mariya Stadnyk (mavi) 48 kq-da yalnız final görüşündə məğlub olaraq gümüş medal qazanır.

Emin Əhmədov 74 kq kişilər arasında güləş yarışlarında bürünc medal qazanır

Super Ağır Çəkili (+91kq) kişilərin boks yarışında qızıl medala iddialı Məhəmmədrəsul Məcidov (qırmızı)- yarım finalda yalnız 1 xalq fərqi ilə məğlub olaraq Londonda yalnız bürünc medalla kifayətlənə bilir

Yuliya Ratkeviç (qırmızı) 55 kq-da güləşir. London onun üçün bürünc medalla yadda qalır.

Teymur Məmmədov (qırmızı) yarım-finalda İtaliyalı Klemente Russoya cüzi fərqlə məğlub olaraq qızım medal imkanını itirir. Digər azərbaycanlı boksçu kimi o da Olimpiya üçüncüsü kimi vətənə dönür.

Son günlərin qəhrəmanı TOĞRUL ƏSGƏROV - 60 kq kişi güləşçilər arasında rəqib tanımayan azərbaycanlı güləşçi Olimpiadanın sonuna bir gün qalmış ölkəsinə ilk qızıl medalı qazandırır.

Filippinin Takloban şəhəri Haiyan tufanından sonra - 19 noyabr, 2013


84 kq kişilər arasındakı güləş yarışlarında mübarizə aparan Şərif Şərifov (mavi) sürpriz nəticəsində finala çıxmış Puerto Rikolu Ceyme Yusepti asanlıqla məğlub etdiyinə inana bilmir.

Şərif Şərifov eyni gündə Azərbaycana ikinci qızıl medalı qazandırır. Eyni gündə, eyni zalda, eyni himn ikinci dəfə səslənir.

Qızıl medal xəyalları məhv olan digər güləşçi RÖVŞƏN BAYRAMOV - 2008-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı Londonda da gümüş medal qazanmağı özü üçün uğursuzluq hesab edir.

London Olimpiadasının son günü Xetaq Qazyumov (2008-ci il Olimpiya 3-sü) Azərbaycana 6-cı bürüncü, ümumilikdə isə 10-cu medalı qazandıraraq ölkəsinin 30-cu yerdəki yerini möhkəmləndirir.