Londonda teatrın tavanının uçması ilə bağlı istintaq davam edir

Londonun Apollo teatrnda tamaşa vaxtı tavanın uçmasının səbəbləri araşdırılır. Hadisə zamanı 88 nəfər xəsarət alıb.

Rəsmilər tavanın uçmasına yağan leysan yağışın səbəb olduğundan əmin olmadıqlarını deyib. Polis hadisənin qəsdən və ya hücum nəticəsində törədildiyini güman etmir.

London polisi Amerikanın Səsinə bildirib ki, 81 nəfərə hadisə yerində ilk tibbi yardım göstərilib, xəsarət almış 7 tamaşaçı xəstəxanaya aparılıb və heç bir ölüm faktı qeydə alınmayıb.

Hadisə yerində olan xilasedici qüvvələrin dediyinə görə 775 oturacağı olan Apollo teatrının tavanın uçması nəticəsində içəridə olan bütün tamaşıçılar xilas edilib.