Liviyada fəallar `qisas günü` adlı nümayişlərə çağırırlar

Liviyada fəallar `qisas günü` adlı nümayişlərə çağırırlar

Fəallar son həftələr Misir və Tunisdə nümayişlər nəticəsində avtoritar hakimiyyətin devirilməsindən ilhamlanır

Liviyada fəallar hökumət əleyhinə nümayişlərə çağırdıqları zaman ölkə lideri Müəmmar Qəddafinin yüzlərlə tərəfdarı paytaxt Tripolidə toplaşıb.

Mühacirətdə olan müxalifət liderləri, Liviyanın insan hüquqları qrupları və internet fəalları hökumət əleyhinə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmanın ardınca sosial şəbəkə veb səhifəsi, Facebook-un köməyi ilə `qisas günü` adlandırdıqları nümayişlərə çağırırlar.

Fəallar son həftələr Misir və Tunisdə nümayişlər nəticəsində avtoritar hakimiyyətin devirilməsindən ilhamlanır.