Livya lideri Müəmmar Qəzzafi tərəfdarlarını mübarizəni davam etdirməyə çağırıb

Livya lideri Müəmmar Qəzzafi tərəfdarlarını mübarizəni davam etdirməyə çağırıb

Livya lideri Müəmmər Qəzzafi NATO hava hücumlarını pisləyərək, tərəfdarlarını mübarizəni davam etdirməyə çağırıb. Cənab Qəzzafi dünən audio lent yazısında yayımlanan çıxışında deyib ki, `NATO-ya daxil olan ölkələr bizim uşaqlarımızı və nəvələrimizi öldürüblər.` NATO bazar günü keçirdiyi hava hücumunda mülki vətəndaşların həlak olduğunu və cümə günü üsyançılara məxsus hərbi avtomobili vurduğunu etiraf edib. NATO insidentin silahın nasazlığı ucbatından olduğunu, cümə günü baş vermiş insidentin isə təsadüfən törədildiyini bildirib.