Liviyaya dair Beynəlxalq Təmas Qrupu Qətərdə ilk iclasını keçirir

Liviyaya dair Beynəlxalq Təmas Qrupu Qətərdə ilk iclasını keçirir

Liviyada münaqişənin beynəlxalq həll yolunun tapılması səylərilə diplomatlar bu gün Qətərdə toplaşır.

İlk dəfə toplanacaq Liviyaya dair Beynəlxalq Təmas Qrupunun iclasında Qərb və Liviya müxalifətinə dəstəyini ifadə edən regional hökumətlərin nümayəndələri bir araya gələcək.

Üsyançıların Milli Keçid Şurasının üzvləri, o cümlədən BMT baş katibi Ban Ki Mun toplantıya qatılacaq. Böyül Britaniya xarici işlər naziri Villiam Haqın sözlərinə görə, Liviya lideri Müəmmər Qəzzafinin istifasına təzyiqlər artmaqdadır.

Üsyançıların nümayəndə heyətinin sözçüsü NATO-dan daha çox yardım istəyib və deyib ki, onlar cənab Qəzzafinin istefası və əməliyyatları dayandırmasından başqa heç bir şərti qəbul etməyəcəklər.