Liviyanın Milli Keçid Şurasının döyüşçüləri Səbha şəhərinin nəzarətini ələ keçirdiklərini bildirir. Bu şəhər Qəzzayə sadiq qüvvələrin əlində olan bir necə istehkamdan biridir. Milli Keçid Şurasının bildirdiyinə görə, onun qüvvələri hələ də güclü müqavimətlə üzləşir. Yerli rəsmilər döyüşçülərin Qəzzafi qüvvələrini şəhərin bir neçə bölgəsində məğlub etdiyini deyir. MKŞ-nın əsgərləri Qəzzafinin vətəni Sirt və Bani Valid şəhərləri uğrunda döyüşləri davam etdirir.