Liviyada Müəmmər Qəzzafinin devrilməsinə yardım etmiş üsyan liderləri Milli Keçid Şurasının yeni kabinetində yüksək təhlükəsizlik postlarını tutublar.
Müvəqqəti baş nazir Əbdürrəhim əl-Keyb danışıqların ardınca mətbuat konfransında yeni kabinetin tərkibini açıqlayıb. O, müdafiə naziri postunu Osama əl-Cuvaliyə verib. Zintan qəsəbəsində qərargahlanan Əl-Cuvali Qəzzafini avqustda Tripolidən vurub çıxaran və diktatorun oğlu Seyf əl-İslamı həbs edən qüvvələrə başçılıq edirdi.
Seyf əl-İslam Zintanda döyüşçülər tərəfindən saxlanılırdı. Güman edilir ki, diktatorun oğlunun saxlanılması əl-Cuvaliyə müdafiə naziri postunun verilməsi yönümündə hökumətə təzyiq mahiyyəti daşıyırdı.