Liviyada üsyançılar Sirte şəhərində istehkam qurub

Liviyada üsyançılar Sirte şəhərində istehkam qurub

Liviyada üsyançılar Qərb qüvvələrinin dəstəyi ilə ölkə lideri Müəmmar Qəzzafiyə sadiq qüvvələrin əlində olan şəhərlərin nəzarətini ələ keçirməyə davam edirlər. Üsyançılar dünən Qəzzafinin doğma şəhəri olan Sirtedə öz istehkamlarını qurublar və şəhərin üsyançıların əlinə keçməsi barədə şaiyələr gəzir. Üsyançılar Breqa və Ras Lanuf da daxil olmaqla, böyük bir ərazisini ələ keçirəndən sonra dünən ilk dəfə olaraq müttəfiq qoşunlar Sirteyə havadan hücum edib. Dünən axşam saatlarında paytaxt Tripoli də güclü bombardmana məruz qalıb. Liviya dövlət televiziyası da Tripoli və Sirteyə hava hücumlatını təsdiq edib. Bununla yanaşı, NATO bazaar günü bəyan edib ki, Liviyada beynəlxalq əməliyyatların tam komandanlığını alyans öz üzərinə götürüb. Alyans rəsmiləri deyib ki, komandanlığın Qərbin başçılıq etdiyi koalisiyadan NATO-ya verilməsi 2 günə qədər vaxt ala bilər.