Liviyada parlament seçkiləri keçirilir

Liviyalılar sabiq lider Məhəmməd Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkədə davam edən münaqişələrə son qoymaq ümidi ilə çərşənbə günü parlament seçkilərində səs veriblər.

Parlamentdə 32-si qadınlar üçün nəzərdə tutulmuş 200 yeri tutmaq üçün1600 namizəd rəqabət aparır.

Qanunvericilər 2012-ci ildə seçilmiş və keçən ay baş nazirin seçilməsi ilə bağlı mübahisə də daxil olmaqla çoxlarının uzun zamandır davam edən qeyri -sabitliyə görə günahlandırdığı parlamentdə dəyişiklik etmək istəyirlər.

1,5 milyon insanın seçkilərdə iştirak etmək hüququ olmasına baxmayaraq, ölkənin şərq bölgəsində davam edən zorakılıqlar səbəbi ilə seçicilərin seçki məntəqələrinə gəlməsi qarşısında çətinlik yarana bilər.

Cənab Qəzzafinin 2011-ci ildə devrilməsində rolu olan milis qüvvələri Liviyada qalaraq öz ərazilərinə nəzarət etməyə davam edir. Onların bir hissəsinin əsas limanlara nəzarət etməsi ölkənin neft ixracatı qarşısında maneələrin yaranmasına gətirib çıxarıb.