Müəmmər Qəzzafiyə sadiq qüvvələrlə Milli Keçid Şurasının döyüşüçləri arasında bu gün Bani Valid bölgəsində qarşıdurma davam edib. Şuranın 3 əsgərinin həlak olduğu bildirilir. Bölgə ətrafında Qəzzafi qüvvələri raketlər və snayperlədən istifadə edir. Küçə döyüşləri zamanı Qəzzafi qüvvələri də itkilər verib.
Bu arada, NATO Qəzzafiyə sadiq qüvvələrin Bani Validdəki istehkamlarına havadan zərbə endirib.
Qəzzafinin hökumət üzvləri isə Nigerə üz tutub. Nigerin xəbər agentliklərinin məlumatına görə, general Əli Kana və digər yüksək səlahiyyətli rəsmilər Nigerdə sığınacaq axtaran onlarla adam arasında olub. Kana Liviyanın cənubunda hərbi qüvvələrin baş komandanı idi. Çərşənbə günü Nigerə 18 adamın daxil olduğu, lakin onlar arasında Qəzzafinin olmadığı bildirilmişdi.