Liviyada yeni kabinet üzvləri and içib

Liviyada baş nazir Abdulla Əl-Səninin beynəlxalq ictimiayyət tərəfindən tanınan yeni nazirlər kabinetinin üzvləri Tobruk şəhərində and içib.

Cənab Əl-Səninin hökuməti Tobrukdan kənarda böyük nüfuza malik deyil. Parlament Misrata şəhərindən çıxan hərbi dəstələrin Tripolini ələ keçirməsi və 2011-ci ildə Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkədə ən ciddi zorakılıqlar zamanı orada rəqib hökumət yaratmasından sonra Tobruka köçmüşdü.

Liviya parlamentinin sədri Aqeyla Saleh Eissa Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edib. O deyib ki, beynəlxalq ictimiayyət Liviyada legitim yolla seçilmiş rəsmilərlə bir olmalıdır. O, eyni zamanda, bildirib ki, Liviyada terrorizmə göz yumulması qəbuledilməzdir.

ABŞ-ın Tripolidəki nümayəndəsi paytaxtda toqquşmalara görə qonşu Tunisə getməli olub. Birləşmiş Ştatlar təhlükəsizlik bərpa olana qədər Tripolidə səfirliyin fəaliyyətini dayandırıb.