Liviyada nümayişlərdən sonra bir qədər sakitlik yaranıb


Liviyanın Milli Məclisinin binası qarşısında keçirilən nümayişlərdən sonra bir qədər sakitlik yaranıb. Tripoli aksiyası yenicə təşkil dilən hökumətə etiraz mahiyyəti daşıyır.

Baş nazir Əli Zeidanın təyinatlarına bəzi nazirlərin Müəmmər Qəzzafi ilə yaxınlığı olduğu üçün etiraz edilir. Nümayişçilər sabiq rejimlə əlaqəsi olanların siyasi həyatda yer almamalarını tələb edib. Yenicə təsdiq edilən qanun layihəsində də köhnə rejimin üzvlərinin kabinetdə yer almaması nəzərdə tutulur.

Zeidan ikinci baş nazirdir ki, Milli Məsclis sçkilərindən sonra yeni hökumətin təşkilinə çalışıb. Ondan əvvəl baş nazir olacaq Mustafa Əbu Şaqhurun kabinetə təklif etdiyi namizədlər rədd edilib.

Zeidan yeni hökumətdə balans yaratmağa çalışaraq, yerləri Müsəlman qardaşları və İnşaat partiyaları arasında bölüb.