Liviyada nümayişçilərlə yarı-hərbi qrup arasında toqquşma baş verib

Benqazi şəhərində nümayişçilərlə yarı-hərbi dəstə arasında toqquşmalar nəticəsində 31 nəfər öldükdən sonra Liviya ordu başçısı vəzifəsindən istefa verib.

Zorakılıqlar nümayişçilərin hökumətin təhlükəsizliyin təmin edilməsinə yardım üçün maliyyələşdiriyi islamçı yarı-hərbi qrupların bazasına hücum zamanı baş qaldırıb.
Nümayişçilər yarı-hərbi dəstənin tərksilah edilməsi və Liviya təhlükəsizlik qüvvələrinə tabe olması tələbi ilə nümayiş keçirib.

Qrupa rəhbərlik edən ordu qərargahı komandanı Yusif əl-Manquş bazar günü vəzifəsindən istefa verib. O, milli ordunun yaradılmasının gücikdirilməsi və yarı-hərbi qrupların inkişaf etməsinə imkan verməkdə təqsirləndirilir.

Liviya polisi və silahlı qüvvələri ölkənin təhlükəsizliyinin təmin edilməsində bu briqadalara etimad göstərir. Lakin dövlət təhlükəsizlik orqanlarının zabitləri Manquşu korrupsiya və yarı-hərbi qrupa rəhbərlik edə bilməməkdə ittiham edib.