Müəmmər Qəzzafi Liviya xalqını "ölkəni azad etməyə" çağırıb

Müəmmər Qəzzafi Liviya xalqını "ölkəni azad etməyə" çağırıb

Liviya lideri Müəmmər Qəzzafi xalqını “Liviyanı azad etmək üçün” silaha sarılmağa çağırıb.

Bu gün televiziya ilə yayımlanan çıxışında cənab Qəzzafi liviyalıları üsyançıların ələ keçirdiyi şəhərləri geri almaq uğrunda mübarizə çağırıb.

Üsyançılar paytaxt Tripoliyə yaxınlaşmağa çalışır. Dünən onlar iddia edib ki, strateji Zəviyyə şəhərinin bir hissəsini ələ keçiriblər. Liviya hökuməti bu iddianı rədd edir.

Zəviyyə şəhəri ölkənin əsas avto-magistralının yaxınlığındadır və Tripolidən cəmi 50 kilometr aralıdadır. Üsyançıların bu şəhərə nəzarət etməsi Tripolinin təchizat xəttinin kəsilməsi demək ola bilər. Müxalif döyüşçülər deyir ki, Müəmmər Qəzzafiyə sadiq qüvvələrlə intensiv döyüşlərə baxmayaraq, onlar sahil şəhərinin qərb bölgələrini ələ keçirməyə çalışıb.

Televiziyada üsyançıların qələbəsinin kütlə tərəfindən qeyd olunmasının nümayiş etdirilməsinə baxmayaraq, Liviya hökumətinin sözçüsü deyib ki, şəhərə nəzarət hökumət qüvvələrini əlində qalır.