ABŞ-ın Nümayəndələr Palatasında Liviyaya dair qətnamələr rədd edilib

Nümayəndələr Palatasının spikeri Con Beyner

ABŞ Nümayəndələr Palatasında qanunvericilər Liviyaya əməliyyatlarına dair iki qətnaməni rədd edib. Əməliyyatlara səlahiyyət verilməsi ilə bağlı qətnamə 295 əleyhinə, 123 lehinə səslə təsdiqdən keçməyib. Əməliyyatların maliyyələşdirilməsinə dair qətnamə isə 238 əleyhinə, 180 lehinə səslə rədd edilib. Liviyadan yalnız hərbi qüvvələrin çıxarılmasının, qeyri-döyüşçü qüvvələrin isə saxlanılmasını nəzərdə tutan sənəddə bölgədə qalacaq qüvvələrin xilasetmə, kəşfiyyat, qaçqın məsələlərində dəstək missiyalarında iştirak edəcəyi bildirilirdi.