Livanda sünnilərin lideri həbs edilib

Livan rəsmiləri bildirib ki, ölkənin hərbi qüvvələrinə hücumlar təşkil etməkdə əli olduğu ehtimal edilən sünni imam həbs edilib.

Rəsmilər Şeyx Əhməd Əl-Əssiri şənbə günü Beyrut hava limanında həbs edib. O, fərqli görünmək üçün əməliyyat olaraq simasını dəyişmiş və saxta pasportla ölkəni tərk etmək istəyirmiş.

Livan ordusu cənub liman şəhəri Sidonda onun evinə reyd keçirdikdən sonra o, 2013-cü ildən bəri axtarışda olub. Əməliyyat əsnasında azı 18 əsgər həlak olmuşdu.

Əl-Əssir Livanda sünni və şiə məzhəblər arasında gərginliyin artmasında rol oynayıb. O, Livan hökumətini Suriya vətəndaş müharibəsində prezident Bəşər Əl-Əsəd tərəfində döyüşən şiə hərbi qrup u ilə birgə işləməkdə ittiham edib və Hizbullahın rəqibi kimi tanınıb.

Livan hökuməti isə onu qeyri-qanuni hərbi qruplaşma yaratmaqda ittiham edir. Bununla yanaşı ölkədə baş vermiş intiharçı bomba hücumlarının bir neçəsinin onun adamları tərəfindən həyata keçirildiyi iddia edilir.