Livanda Suriyanın müxalif qüvvələri ilə Hizbullah döyüşçüləri arasında qarşıdurma olub

Suriyanın müxalif qüvvələri Livan ərazisində Əsədi dəstəkləyən Hizbullah qrupunun döyüşçüləri arasında qarşıdurma olub.

Livanın təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, döyüşlər bu gün səhər Bəalbek şəhəri yaxınlığında aparılıb.

Atışma zamanı hər iki tərəf də itki verib.

Son günlər Bekaa vadisi Suriya tərəfindən raket hücumlarına səhnə olub.

Bu arada Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupu Əl-Qaidə ilə əlaqəsi olan Cəbhət-Əl-Nusra qrupunun Couber əyalətində hücum həyata keçirdiyini bildirib.

Suriyanın dövlət SANA xəbər agentliyi də hücum barədə məlumat verərək, maşına yerləşdirilmiş bomba partlayışının 10 nəfərin ölümünə yol açdığını bildirib.

Fransanın xarici işlər nziri Loren Fabius ABŞ və Rusiyanın təklifi ilə
keçiriləcək sülh konfransının gələn ay baş tutacağını deyib. Konfrans daha əvvəl iyun ayına təyin edilmişdi.

Suriya hökuməti konfransda iştirak etməyə razılıq verib. Lakin müxalif koalisiya isə Əsəd hökuməti ilə dialoqun mənasız olduğunu bildirərək, konfrasnda iştirak etmək istəmir. Belə ki, Suriya xalqının əlayhinə olaraq, hökumət qüvvələri Hizbullah və İran tərəfindən dəstəklənir.