BMT: Livanda Suriya qaçqınlarının əksəriyyəti yoxsulluq həddindən aşağıda yaşayır

BMT-nin üç aparıcı agentliyi- qaçqınlar üzrə agentlik, Uşaq Fondu və Dünya Ərzaq Fondunun apardığı sorğunun nəticələrinə əsasən, Livanda yaşayan 1 milyon Suriya qaçqınının dörddə üçündən çoxunun yoxsulluq həddindən aşağıdadır. Bu isə onların gündə 4 dollardan az bir məbləğ qazandıqları deməkdir.

BMT-nin sorğudan əldə etdiyi nəticələr onu göstərir ki, yeddi ildir davam edən müharibə nəticəsinə Livanda yaşayan suriyalılar daha da yoxsullaşır və dolanışıqları çətinləşir. Sorğu nəticələri həm hə ailələrin orta hesabla hər ay 98 dollar xərclədiklərini göstərir. Bu məbləğin demək olar yarısı yeməyə xərclənir.

Sorğunu keçirən BMT agentlikləri bildirir ki, qaçqınların əksəriyyəti ərzaq almaq, səhiyyə xərclərini qarşılamaq və icarə haqqı ödəmək üçün borc pul alır. Nəticədə hər 10 qaçqından 9-un borcu yığılır.

BMT-nin qaçqınlar üzrə agentliyinin sözcüsü Uilyam Spindler deyir ki, bu qaçqınları təhlükəyə açıq edir.

"Qanuni yaşayıq statusu almaq çətindir. Bu səbəbdən qaçqınlar həbs olmaq riski ilə üzləşirlər, nikahlarını qeydiyyata sala, iş tapa, uşaqlarını məktəbə göndərə bilmirlər," Spindler deyib.

Spindler Amerikanın Səsinə bildirib ki,Suriya qaçqınlarının üzləşdiyi təhlükəli vəziyyət onları erkən evlilik və uşaq əməyindən istifadə kimi yanlış qərarlar verməyə vadar edir.

“Bir çox ailə uşaqların qazandığı pul olmadan, dolana bilmirlər. Ən əsas narahatedici məsələ isə odur ki, bəziləri işə uşaqları götürməyə üstünlük verir, çünki uşaqlara böyüklərdən daha az maaş verirlər,” deyə o bildirib.

Spindler deyib ki, Livandakı yoxsul Suriya qaçqınları həyatda qalmaq üçün getdikcə daha çox humanitar yardımdan asılı olurlar. Lakin o əlavə edib ki, təəssüf ki, yardım agentlikləri ciddi maliyyə çatışmazlığı ilə üzləşir. Spindler bu il Livandakı humnitar ehtiyacları qarşılamaq üçün 2,7 milyard dollara ehtiyacın olduğunu vurğulayıb.