İsraillə Hizbullah arasında Livan sərhədi boyu atışma olub

Bazar günü Livan sərhədi boyu İsraillə Hizbullan arasında Vaşinqtonun narahatlığına səbəb olan atışma olub.

İsrail ordusunun bildirdiyinə görə, Hizbullahın tank əleyhinə raketləri İsrailin sərhəd yaxınlığındakı hərbi bazasını və nəqliyyat vasitələrini atəşə tutmasından sonra onlar Livanın cənubuna atəş açıb.

Atışma axşam saatlarında başa çatıb. Birləşmiş Millətlər Təşkilatının sözçüsü Andrea Tenenti daha sonra "bölgədə sakitliyin bərpa edildiyini" və BMT sülhməramlı qüvvələrinin Livan ordusu ilə birlikdə keşik çəkməyə davam etdiyini bildirib.

Sözçü BMT baş katibi Antonino Quterreşin baş verən insidentə görə "ciddi narahat olduğunu" və tərəfləri 2006-cı ildə İsraillə Hizbullah arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa əməl edilməsinə çağırdığını deyib.

“Bu, İranın bölgədə sülhü və təhlükəsizliyi pozmaq yolundakı rolunun daha bir nümunəsidir" deyə, sözçü bildirib.

İsrail ordusu İran və Hizbullahın Livanda raket istehsal edən zavodlar təsis etməyə çalışdığını desə də, Hizbullah bu ittihamı rədd edir.