Livanın paytaxtı Beyrutda ticarət mərkəzinin yerləşdiyi ərazidə güclü partlayış törədilib. Partlayış nəticəsində ölkənin ən böyük banklarından birinə ciddi zərər dəyib.
Partlayış Beyrutun zəngin Verdun rayonunda yerşləşən Blom Bankının qarşısında törədilib. Partlayış yaxınlıqdakı binalarda yaşayan sakinlərin orucdan sonra iftar süfrəsi ətrafında toplaşdığı zaman baş verib.
Partlayış nəticəsində azı bir nəfər yaralanıb. Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
Son illər Beyrut bir neçə bomba hücumuna səhnə olub. Rəsmilər bu hücumları qonşu Suriyada davam edən vətəndaş müharibəsi ilə əlaqələndirir.
Bununla belə Beyrutun Gündəlik Star qəzeti bazar günü törədilən partlayışın şəhərin əsasən cənub rayonlarını hədəf alan daha güclü partlayışlardan fərqli olduğunu bildirib.