Livanın baş nazirinin bazar ertəsi gecə Beyrutda keçiriləcək mətbuat konfransında hökumətinin istefa verəcəyini elan edəcəyi gözlənilir.
Səhiyyə naziri Həməd Həsən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib ki, baş nazir Həsən Diab prezident Mişel Auna bu barədə məlumat vermək üçün prezident sarayına gedib.
Belə bir qərara keçən həftə paytaxtın limanında baş verən partlayışdan sonra bir neçə nazirin istefasından sonra gəlinib.
Bu arada, azı səkkiz millət vəkili bu həftənin sonunda toplanacaq Məclisdə istefa verəcəkjlərini bildirib.
BMT-nin baş katibi Antonio Quterreş Livan xalqının səsinin eşidilməli olduğunu deyib. "Partlayışın səbəbini müəyyənləşdirməsi və Livan xalqının tələb etdiyi kimi, günahkarları məsuliyyətə cəlb edilməsi üçün etibarlı və şəffaf istintaqın aparılması vacibdir" - deyə, Qutetteş bildirib.
O, istintaqın Livan hökuməti və ya müstəqil beynəlxalq komissiya tərəfindən aparılıb-aparılmadığı barədə heç nə deməyib.
Dünya liderləri keçən həftə Beyrutda baş verən böyük partlayışdan sonra Livana 300 milyon dollar (253 milyon avro) yardım vəd edib.
30-dan çox ölkə lideri ilə tele-konferans keçirən Fransa prezidenti Emmanuel Makron "yardımın vaxtında, kifayət qədər və xalqın ehtiyaclarına uyğun, effektiv və şəffaf şəkildə birbaşa Livan əhalisinə göndəriləcək”deyib.
ABŞ prezident Donald Tramp da daxil olmaqla, dünya liderləri azı 158 ölüm, təxminən 6000 nəfərin yaralanması ilə nəticələnən partlayışla əlaqədar qərəzsiz, etibarlı və müstəqil araşdırma aparılmasına çağırıb. Bəzi qəzəbli livanlılar isə siyasi liderlərini devirmək üçün üsyana çağırır.