Britaniyalı müstəntiqlər Rusiya prezidenti Vladimir Putinin onu tənqid etdiyindən sonra Britaniyaya sürgün edilən dissidentə çevrilmiş sabiq agent Aleksandr Litvinenkonun zəhərləndirilməsi planını təsdiqlədiyini deyir. Litvinenko Putini digər şeylərlə yanaşı pedofiliyada təqsirləndirib.
Mən həyatıma görə qorxmuram, heç vaxt da qorxmamışam. Qorxsaydım, bunları etməzdimLitvinenko
Doqquz ildir Aleksandr Litvinenkonun ölümü ətrafında gedən onu kim öldürüb, bu əmri kim verib kimi suallara cavab tapılıb.
Britaniya hökümətinin apardığı istintaq Rusiyanin kəşfiyyat agentliyi olan Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) və dövlətin özünün birbaşa olaraq Litvinenkonun zəhərlənib ölməsi ilə əlaqəsi olduğuna dair nəticə çıxarıb.
"Mən belə bir qərara gəldim ki, KQB-nin Litvinenkonu öldürmək əməliyyatı o zaman KQB başçısı olan cənab Patruşev və prezident Putin tərəfindən təsdiqlənib".
Həyat yoldaşının ölümündən bəri Marina Litvinenko suallarına cavab axtarırdı. Cümə axşamı isə bu uzun mübarizə son çatdı.
“Mən çox şadam ki, yoldaşımın ölüm yatağında dediyi sözlər, yəni ölümünə görə cənab Putini günahlandırması yüksək müstəqillik və ədalət standartları olan Britaniya məhkəməsi tərəfindən təsdiqləndi,” deyə Marina Litvinenko bildirib.
Litvinenko KQB agenti idi, lakin 1998-ci ildə açıq şəkildə Putini tənqid etməyə başlayandan sonra o, Rusiyadan qaçaraq Britaniyada sığınacaq alıb.
“Başa düşürəm ki, artıq vaxtdır. Mən həyatıma görə qorxmuram, heç vaxt da qorxmamışam. Qorxsaydım, bunları etməzdim,” deyə Litvinenko 1998-ci ilin aprel ayında bildirib.
Litvinenko 2006-cı ilin noyabr ayında Londonun mərkəzində yerləşən bir otelin barında iki Rusiya casusu ilə görüşü zaman zəhər qatılan çay içmişdi. Bu zəhər radioktiv polonium idi.
Radioaktiv zəhərli maddələr oteldən küçələrə yayıldığı üçün, müstəntiqlər bunu Londonun mərkəzində baş verən nüvə hücumu adlandırıblar.
Mən çox şadam ki, yoldaşımın ölüm yatağında dediyi sözlər, yəni ölümünə görə cənab Putini günahlandırması yüksək müstəqillik və ədalət standartları olan Britaniya məhkəməsi tərəfindən təsdiqləndi.Marina Litvinenko
23 günlük iztirabdan sonra Litvinenko vəfat etdi. Həyat yoldaşının sözlərinə görə, o, Putinin ona etdiklərini göstərmək üçün şəklinin çəkilməsini istəyib.
Rusiya rəsmiləri Litvinenkonun ölümü ilə hər hansı bir əlaqəni rədd etsə də, heç bir zaman ona qarşı olan nifrətlərini və xəyanətinə görə ona qarşı hiss etdikləri qəzəbi gizlətməyiblər. Moskvadan kənar yerləşən bu təlim mərkəzində isə agentlər Litvinenkonun şəklindən hədəf kimi istifadə edirlər.
Hazırda Britaniyanın bütün Rusiya əməliyyatçılarını ölkədən çıxarması və qətllə əlaqəsi olan şəxslərə qarşı iqitsadi sanksiyaların tətbiqinə dair çağırışlar səslənir.
Britaniyanın Rusiya ilə güclü iqtisadi əlaqələri var və o, Suriyadakı böhrana son qoymaq üçün Putinin köməyindən faydalanmaq istəyir. Təhlilçilər deyir ki, bu amillər səbəbilə Britaniyadakı rəsmilər bir keçmiş xarici casusun öldürülməsinə görə münasibətlərin pozulmasına gətirib çıxaracaq heç bir addım atmayacaq.