Lifli məhsullar tənəffüs orqanları xəstəliklərindən müdafiə qabiliyyətinə malikdir

Pəhrizimizdə yer alan müəyyən məhsullar astma kimi tənəffüs orqanları xəstəliklərindən müdafiə qabiliyyətinə malikdir. Ərzaq mallarında olan iki növ həll olan və olmayan liflər buna yardım edir. Məsələn xiyar, buğda, brokli kimi məhsullar bağırsağın təmizlənməsinə yardım edir.

İsveçrədə aparılan araşdırmalara görə, meyvə və tərəvəzdən alınan və suda həll olan liflər mikrobları məhv etmək gücünə malikdir. Bu isə öz növbəsində ağ ciyərləri iltihabdan qoruyur.

Alimlər deyir ki, Burkina Faso kimi ölkələrdə lifli məhsullar insanlar arasında astma və alllergiyanın yayılmasına mane olur. Liflərin az olduğu məhsullar istehlak edən qərb ölkələrində insanlar allergiyaya daha çox meyillidir.

Alma, giləmeyvələr və sitrus bitkilərinin tərkibindəki pektin bakteriyaları məhv etməklə yanaşı, yağ turşularına çevrildikdən sonra sümüklərin məsaməli toxumalarına hopur. Bu isə öz növbəsində immun sisteminin güclənməsinə yol açır.

İki qrup siçan üzərində aparılan araşdırmalardan məlum olub ki, həll olan lifləri qəbul edən siçanlarda toza reaksiya zəif olub. Digər qrupda isə toza həssasiyyət güclü olub.