Oğurlanmış Liviya təyyarəsi Malta adasına enib

Oğurlanmış Liviya təyyarəsi Aralıq dənizində kiçik Malta adasının hava limanına enib.

Assosiated Press-in verdiyi məlumata görə təyyarədə əl qumbarası ilə silahlanmış iki nəfər təyyarəni partladacaqları ilə hədələyib.

Təyyarə endikdən sonra qadın və uşaqların təyyarəni tərk etmələrinə icazə verilib və hücumçular digər sərnişinləri də azad etməyə hazır olduqlarını deyiblər. Lakin rəsmilər onların pilotu təyyarədə saxlayacaqlarını bildirib.

Malta rəsmiləri bildirib ki, fövqəladə hallar üzrə komanda hava limanının eniş zolağına gəlib.

Dövlətə məxsus Liviya Afriqiyah Hava Yollarına təyyarəsi göyərtəsində 118 sərnişinlə Maltanın beynəlxalq hava limanına istiqamətlənməzdən əvvəl Liviyanın Sabha şəhərindən Tripoliyə ölkədaxili uçuş həyata keçirirdi.

Təyyarəni kimin qaçırdığı və onların tələblərinin nədən ibarət olduğu məlum deyil.