Liviyanın müvəqqəti hökuməti Tripolidə keçmiş lider Müəmmar Qəzzafiyə sadiq qüvvələrlə toqquşma zamanı üç nəfərin öldüyünü bildirir. Milli Keçid Şurası hərbi qüvvələrin axtarışlar keçirdiyini və şəhərin silahlı Qəzzafi tərəfdarlarından təmizlənməsi üçün iş apardığını bildirir. Müvvəqqti hökumət qüvvələri Qəzzafinin dogma şəhəri Sirtdə keçmiş liderə sadiq qüvvələrin müqavimətilə qarşılaşır. Cümə günü müvəqqəti hökumətə məxsus qüvvələr və Qəzzafi tərəfdarları arasında döyüşlər apardığı zaman Tripolidə bir neçə partlayış baş verib. Bu, avqust ayında Milli Keçid Şurasının paytaxta nəzarəti ələ keçirdiyindən sonra tərəflər arasında ilk ciddi toqquşmadır.