NATO rəsmiləri Liviyanın alyansın bomba hücumları zamanı 15 mülki vətəndaşın həlak olduğuna dair iddialarına cavab verib. NATO-nun Liviyada missiyası üzrə sözçüsü deyib ki, müttəfiqlərin hərbi təyyarələri strateji baxımdan mühüm liman şəhəri olan Breqada hərbi komandanlıq və nəzarət mərkəzlərini hədəf alıb. O əlavə edib ki, koalisiyanın hava hücumları zamanı mülki vətəndaşlar arasında tələfatla bağlı heç bir əlamət yoxdur. Liviyanın dövlətə xəbər agentliyi hərbi rəsmilərə istinadən NATO-nun hərbi təyyarələrinin Breqa şəhəri ətrafında mülki əhaliyə hücum etdiyi haqda məlumat verib.