Aviqdor Liberman bəraət qazandı

Korrupsiya ittihamı ilə üzləşən İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman bəraət qazandıqdan sonra yenidən vəzifəsinə qayıtmağı planlaşdırır.

Bu gün keçirilən məhkəmə Libermanın günahkar olmadığı haqda qərar çıxarıb. Ona qarşı polisin onun işi ilə bağlı təhqiqat məlumatlarının əvəzinə səfir təyin etməsi ittihamı irəli sürülmüşdü. Bu ittihamla qarşılaşan cənab Liberman bu ilin yanvar ayında istefa verib.

İsrailin baş naziri Benyamin Netanyahu Libermanı təbrik edərək, onun yenidən hökumətə qayıtmasını alqışlayıb. Cənab Netanyahu Libermanın məhkəmə işinin nəticəsini gözləyərək, xarici işlər naziri vəzifəsinə heç kəsi təyin etməyib və Aviqdor Libermanın vəzifəcinə dönəcəyi gözlənilir.