Li qasırğası Amerikanın şimal-şərq bölgələrində 5 adamın ölümünə səbəb olub

  • Amerikanın səsi

Li qasırğası Amerikanın şimal-şərq bölgələrində 5 adamın ölümünə səbəb olub

Tropik Li qasırğası Amerikanın şimal-şərq bölgələrinə təsir göstərib. Pennsilvaniya ştatında 100 min insan evlərini tərk etməyə məcbur olub. Virciniya, Nyu-York və Konnektikut ştatlarında 5 adam həlak olub.Sinoptiklər yağışların bazar gününədək davam edəcəyini proqnozlaşdırıb. Pennsilvaniyada Susquehanna çayının məcralarıını aşma təhlükəsi səbəbi ilə insanlar məcburi evakuasiya edilib. Bir sıra ərazilər daşqınlar təhlükəsi altındadır.