Əli Laricani İslam Parlamentlərarası Birliyinin yığıncağında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşür

  • Amerikanın səsi

Əli Laricani İslam Parlamentlərarası Birliyinin yığıncağında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşür

İranın parlament spikeri Əli Laricani İslam Parlamentlərarası Birliyinin yığıncağında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşür. Tehran bundan əvvəl tədbiri qanunsuz adlandıraraq, Əbu Dabiyə nümayəndə göndərməyəcəyini bəyan etmişdi. İranın dövlət mediasının məlumatında bildirilmişdi ki, Birləşmiş Ərəb Əmirlikləri yığıncağı islam ölkələri arasındakı sərhəd mübahisələrinin həlli məqsədi ilə çağırıb. Fars xəbər agentliyi İranın üç mübahisəli adası ilə bağlı müzakirələr keçrimək istəmədiyini xəbər vermişdi. Yığıncaq iştirakçıları Livan və Fələstin ərazilərindəki vəziyyəti də müzakirə etməlidir.