LGBTQI+ fəalı Hökumət Evinin önündə aksiya keçirib

Your browser doesn’t support HTML5

Oktyabrın 30-da LGBTQI+ fəalı Əvəz Hafizli Hökumət Evinin önündə etiraz aksiyası keçirib. Onun tələbi LGBTQI+ vətəndaşlara qarşı dövlət tərəfindən olunan ayrıseçkiliyin aradan qaldırılmasıdır. Fəal bildirir ki, LGBTQI+ vətəndaşların Sevinc Hüseynovadan DTX-ya etdiyi şikayət araşdırılmır və o, nifrət nitqinə görə cəzalandırılmır. Əvəz Hafizli LGBTQI+ bayrağını dalğalandırmaq istəyərkən, polis onun əlindən bayrağı alıb, özünü isə polis maşınına mindirərək ərazidən uzaqlaşdırıb. Bir müddət əvvəl bloger Sevinc Hüseynova LGBTQI+ vətəndaşlara qarşı zorakılıq çağırışı edib. Fəallar bununla bağlı blogerin cəzalandırılması üçün rəsmi qaydada şikayət verib. Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib ki, LGBTQ+ icması Azərbaycan qanunlarına görə heç bir sosial qrupa aid edilmədiyi üçün onların qorunması ilə bağlı hər hansı bir tədbir görə bilməzlər.