Sülh və Demokratiya İnstitutunun direktoru bunu son kampaniyası ilə əlaqələndirir
"Son kampaniyamızdan sonra hökumətə işləyən bütün media mənə qarşı məqalə çap edir. İzləməni də son kampaniyamızla əlaqələndirirəm." Bu sözləri Amerikanın Səsinə açıqlamasında Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus bildirib. Onun sözlərinə görə, günorta saat 2:00-dan etibarən "10-FZ-120" nömrə nişanlı "Niva" avtomobilində iki nəfər onları izləsə də, bir qədər sonra bu maşın ərazidən uzaqlaşıb və onun yerinə daha iki avtomobil gəlib.
Your browser doesn’t support HTML5
Hüquq müdafiəçisi bu izlənməni son hadisələrlə əlaqələndirir. "Avropa Olimpiya Oyunlarını boykota çağıracağımızı elan etdik və kampaniyaya başladıq. Bu kampaniya prezident İlham Əliyevi özündən çıxartdı."