“Leyla xanım çox bərbad gündə idi” [Audio]

Vəkil Xalid Bağırov

Leyla Yunusun vəkili Amerikanın Səsinə danışır

“Nəhayət dünən iki vəkil Leyla Yunusla görüşə bilib. Onu çox pərişan, saçları yolunmuş halda görüblər. Vəkil Cavad Cavadov təsdiq edir ki, saçlarında lopa-lopa boşluqlar olub” – deyə Leyla Yunusun vəkili Xalid Bağırov Amerikanın Səsinə müsahibəsində bildirib. Barəsində həbs qətimkan tədbirinin seçildiyi hüquq müdafiəçisinin vəkili bildirib ki, Leyla Yunusun otağında da ciddi yoxlamalar aparılıb və hansısa yazılar axtarıblar.

Your browser doesn’t support HTML5

Leyla Yunusun vəkili Xalid Bağırovla müsahibə

Leyla Yunus həbs ediərkən

​“Leyla xanımın bildirdiyinə görə, Yaqubov soyadlı mayor onu kobud şəkidlə kameradan çıxararaq başqa bir kameraya aparıb və orada ona qarşı çox ciddi şəkildə təzyiqlər edib, saçını yolaraq, yerə yıxaraq, yerdə sürütləyərək fiziki zor tətbiq edib. Onunla görüşən vəkillər də deyir ki, Leyla xanım çox bərbad gündə idi” – deyə Xalid Bağırov Amerikanın Səsinə bildirib.

Biz iddia edirik ki, belə bir döyülmə var və araşdırma aparılsın. Amma Penitensiar Xidmət yoxlama aparmadan bildirir ki, döyülmə yoxdur, sonra isə deyir ki, yoxlama aparırıq. Belə bir şey olmur axı!
Xalid Bağırov

Vəkil Ədliyyə Nazirliyinin döyülmə faktının əsassız olmasına dair bugünkü açıqlamasına da münasibət bildirib. O deyib ki, Penitensiar Xidmətin açıqlaması bir az ziddiyyətlidir: “Biz iddia edirik ki, belə bir döyülmə var və araşdırma aparılsın. Amma Penitensiar Xidmət yoxlama aparmadan bildirir ki, döyülmə yoxdur, sonra isə deyir ki, yoxlama aparırıq. Belə bir şey olmur axı!” –deyə vəkil Xalid Bağırov qarşıdakı günlərdə Leyla Yunusla yenidən görüşəcəklərini bildirib.

Xalid Bağırovla müsahibəyə tam şəkildə yuxarıdakı pleyerdə qulaq asa bilərsiniz.