Levada Mərkəzi: Rusiyalıların 44 faizi dövlətin öz vəzifəsini yerinə yetirmədiyini düşünür

Levada Mərkəzinin son sorğusunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 30% -i dövlətin "əsasən” vətəndaşlar qarşısında olan öhdəliklərini yerinə yetirmədiyini, 14% isə ”heç yerinə yetirmədiyinə” əmindir. Bu, 2006-cı ilin nəticələrindən sonra ən yüksək göstəricilərdir. O zaman bu nəticələr 39% və 15% olub.

Respondentlərin yalnız 3% -i dövlətin "tam olaraq” vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirdiyini, 17% -i isə ”əksər halda yerinə yetirirdiyinə” inanır.

Demək olar ki, hər üç respondentdən biri (29%) bildirib ki, "dövlət bizə o qədər az şey verir ki, bizim ona heç bir borcumuz yoxdur".

  • "Dövlət bizə az şey verir, amma biz daha çox tələb edə bilərik"- deyə, 26% bildirib,
  • "Dövləti maraqlarımıza xidmət etməyə məcbur etməliyik” - deyə, respondentlərin 24% bildirib.

Levada Mərkəzi tərəfindən sorğulananların yalnız 5% -i "dövlətin hər şey verdiyini" və buna görə "heç kimin dövlətdən başqa bir şey tələb etmək hüququna malik olmadığını” deyib.