Fələstinliləri dəstəkləyən etirazçılar ABŞ-ın Beyrutdakı səfirliyini hədəf alıb

Your browser doesn’t support HTML5

Fələstinliləri dəstəkləyən etirazçılar ABŞ-ın Beyrutdakı səfirliyini hədəf alıb

HƏMAS çərşənbə axşamı Qəzzada xəstəxanada baş verən partlayışda İsraili günahlandırır. İsrail isə günahı Fələstin İslami Cihad qrupunun üzərinə qoyur. Qrup bu ittihamı rədd edir. Livanda çox az adam İsrailin məsuliyyət daşıdığına şübhə ilə yanaşır. Etirazçılar ABŞ-ı İsrailin əsas dəstəkçisi kimi görür və qəzəblərini ABŞ səfirliyinə qarşı ifadə edib.

Çərşənbə axşamı Qəzzada xəstəxanada yüzlərlə fələstinlinin ölümünə səbəb olan güclü partlayışdan sonra ABŞ-ın Beyrutdakı səfirliyi qarşısında etiraz aksiyaları keçirilib.

Fələstinli rəsmilər partlayışa görə İsrailin hava hücumunu günahlandırır. İsrail isə buna Qəzzadan səhvən atılan raketin səbəb olduğunu deyir.

Partlayışdan sonra Livanın silahlı siyasi Hizbullah qrupu Livanda və bütün regionda “qəzəb günü” elan edib.

Beyrutda çoxu Hizbullaha bağlı etirazçılar qəzəblərini nümayiş etdirmək üçün bir araya gələrək ABŞ səfirliyinə üz tutub.

İsrailin Livanla diplomatik əlaqələri olmadığı üçün ölkədə səfirliyi yoxdur. Amerikanın mülki əhali arasında böyük itkilərə baxmayaraq, Qəzzada bombardman kampaniyasını davam etdirdiyi bir vaxt İsrailə möhkəm dəstəyi ABŞ-ı Livanda qəzəb hədəfinə çevirib.

Livan təhlükəsizlik qüvvələri molotov kokteyli ataraq, yanğın törədən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sonradan yanğın söndürülüb.

Çərşənbə günü səfirliyin önünə qayıdan etirazçılar səfirliyin yaxınlığına buraxılmayıb və yenidən gözyaşardıcı qaz və su şırnaqları ilə qarşılanıb. Amerikanın Səsi etirazçılar arasında xəsarət alanların olduğunu və səfirlik binasında olmasa da, başqa bir yerdə yanğının baş verdiyinin şahidi olub.

Livanda bir çoxları Qəzzada dinc əhali arasında itkilərin artmasını qəzəblə izləyir. Bir neçə Qərb hökuməti İsraili təmkinli olmağa çağırır.

Eyni zamanda, Hizbullah və İsrail hərbçiləri arasında sərhəddə atışma baş verib ki, bu da Livanı və bütün bölgəni potensial dağıdıcı müharibəyə sürükləmək riski daşıyır.