Marin Le Pen seçicilərlə görüşdə sabiq namizədin fikirlərini sözbəsöz təkrar edib

Fransa prezidentliyinə namizəd Marin Le Pen bazar ertəsi seçicilərlə görüşü zamanı sabiq namizəd Fransua Fiyonun daha öncə səsləndiriyi fikirləri öz adından təqdim edib.

May Günü səbəbilə keçirilən görüşdə Le Pen ölkələrinin coğrafiyasının əhəmiyyəti haqqında olan fikirlərlə bərabər, Fiyonun sabiq baş nazir Corc Klemansodan gətirdiyi sitatını da sözbəsöz təkrar edib.

Le Penin təmsil etdiyi Milli Cəbhə partiyasının sədr müavini Florian Filioppo bildirib ki, namizədləri sadəcə bununla Fiyonun bu fikirləri ilə razı olduğunu nümayiş etdirib.

Le Pen Fransada aprel ayında keçirilən prezident seçkilərinin ilk turundan sonra ikinci tura çıxmağa müvəffəq olub. Mayın 7-si keçirilən seçkilərdə onun rəqibi Emmanuel Makron olacaq.

Makron və Le Pen, seçkilərin ilk turunda müvafiq olara 23.8 və 21.5 faiz səs qazanıblar.