Sergey Lavrovun Vaşinqton görüşləri

Your browser doesn’t support HTML5

Sergey Lavronun Vaşinqton görüşləri

Rusiyanın xarici işlər naziri Sergey Lavronun Vaşinqton görüşləri nüvə silahlarına nəzarət, Suriya və Ukrayna müharibələri, habelə Moskvanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi üzərində mərkəzləşib. Lavrov dövlət katibi Mayk Pompeo ilə görüş keçirib.

Bundan əlavə ölkəsinə aid daha bir müzakirə də keçirilib.

"Bizim daxili işlərimizə müqdaxilə məsələsinə gəldikdə, bu, qabuledilməzdir” - deyə, Pompeo bildirib.

"Bizim ABŞ-ın daxili işlərinə müdaxilmizə dair iddialar əsassızdır" , lavrov deyib.

Rusiyanın inkar etməsinə baxmayaraq, ABŞ-ın kəşfiyyat orqanları Moskvanın 2016-cı il seçkilərinə müdaxilə etdiyi qənaətinə gəlib. Lavrov prezident Trampla da görüşüb.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin Moskvanın 2021-ci ildə başa çatacaq nüvə sazişinin heç bir şərt irəli sürülmədən uzadılmasına hazır olduğunu bildirib.

START sazişi nüvə başlıqlarında məhdudiyyətləri nəzərdə tutur.

Avqust ayında Tramp Rusiyanın şərtlərini pozduğu iddiası ilə daha bir razılıq-ortamənzilli nüvə qüvvələri sazişini tərk edib. Rusiya bu ittihamları rədd edib.

"Lavrovun səfərinin məqsədi yalnız yeni START sazişinin uzadılması olmayıb. O, ABŞ-ın Ukraynaya dəstəyinin məhdudularıması, Rusiyanın Ukrayna ilə atəşkəs razılığı ədlə edilməsi prosesində daha sərbəst hərəkət etməsi üçün prezidentin bir növ razılığını almağa çalışıb" - deyə, Atlantika Şurasının eksperti Mark Simakovski bildirib.

Rusiya və Ukrayna prezidentləri Paris görüşü zamanı Ukraynanın şəqrqində 2015-ci ildən bəri dayandırılan atəşkəs razılığı barədə müzakirələr keçirib.

Lavrovun Vaşinqtona səfəri prezident Trampın Ukrayna ilə əlaqəli məsələyə görə impiçment prosesinin başlandığı vaxta təsadüf edib.