Lavrov: "Azad Suriya Ordusuna kömək etməyə hazırıq"

Dünən Rusiya Suriyada seçkilərə dəstəyini ifadə edərək bildirib ki, Kreml Qərbin dəstəklədiyi Azad Suriya Ordusunun üsyançılarına kömək etməyə hazırdır.

Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Moskva Suriyanın parlament və prezident seçkilərinə hazırlaşmasını istəyir. O, təmsil etdiyi hökumətin prosesi önə çəkmək üçün konkret addımlar ata biləcəyini deyib.

Rusiyanın dövlət televiziyasına danışan Lavrov bildirib ki, Kreml Dəməşqlə yaxın əlaqələrindən istifadə edərək siyasi həllə nail olmağa çalışır. Ancaq o, Suriyanın çoxsaylı insanın ölümü, vətəndaşların böyük əksəriyyətinin ölkəni tərk etməsi ilə nəticələnən illərdir davam edən vətəndaş müharibəsindən siyasi həllə necə keçid edəcəyinə aydınlıq gətirməyib.

"Xarici oyunçular Suriya üçün qərar verə bilməz", deyə o bildirib. "Biz onları məcbur etməliyik ki, bütün dini, etnik və siyasi qrupların maraqlarına xidmət edəcək plan irəli sürsünlər... Onlar parlament və prezident seçkilərinə hazırlaşmalıdırlar".