Latviya Moskvanın keçmiş meri Yuri Lujkovun ölkədə yaşamaq icazəsi haqda xahişini rədd edib. Bunun əvəzinə, Lujkovun adı Latviyada yaşaması arzu olunmayan şəxslərin qara siyahısına salınıb. Latviyanın Daxili İşlər naziri Linda Murniese deyib ki, Lujkov vəzifə başında olduğu müddətdə ölkəyə mənfi münasibətinə görə Latviyada yaşamağa layiq deyil. Rusiya prezidenti Dmitri Medvedev Lujkovu mübahisəli siyasət və səhlənkarlıqla əlaqədar 2010-cu il sentyabr ayında vəzifəsindən azad etmişdi.