Las-Veqasda insanlar çiyin-çiyinə [Video]

Your browser doesn’t support HTML5

Las-Veqasda insanlar çiyin-çiyinə

Las-Veqas qətliamı qurbanlarının hər birinə həsr edilən bir ağac əkilir. Buraya ianə edilən materialar və könüllülər sayəsində səfa bağı bir günün içərisində çiçəklənir.

Bura gələn qonaqlar keramit plitələrlə ürək formasında mozaika düzəldiblər. Beləcə hər kəs Las-Veqasın qəlbini yenidən bir araya gətirməyə kömək edə biləcək.

Meksika restoranı olan Nacho Daddy özünün tekila əqrəb qədəhi ilə məhşurdur. İndi isə onlar qətliamdan əziyyət çəkənlər üçün min ədəd pulsuz yemək paylamaqla tanınır.

Cümə axşamı polis qətliamda ölənlərin meyidini ailələrinə verib. İndi onları sevənlər başqa bir yüklə qarşı-qarşıyadır. Dəfn olunma mərasimi. Cənazə evinin direktoru Rayn Boven pulsuz kremasiya xidməti təklif edir. O həmçinin GoFundMe səhifəsi açaraq, qurbanların ailələri üçün yardım aksiyası başladıb.

Las-Veqas ətrafındakı bir çox bizneslər ianə edir. Bəziləri yalnız bu gün, bəziləri gələn həftəyə qədər. Ağaclar isə şəhərə ömürlük şəfa vermək üçün böyüməyə çalışır. Bir çox şəhərin bu cür şəfaya ehtiyacı var.