Liberal Partiyanın lideri Lala Şövkət Amerikanın Səsi üçün Azərbaycan Milli Şurasının yardılmasına münasibət bildirib
Mayın 28-də altı siyasi partiya – Açıq Cəmiyyət, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, EL hərəkatı, Liberal Partiya və Müsavat partiyası liderlərinin görüşündən sonra Azərbaycan Milli Şurasının yaradıldığı elan edilib. Milli Şurada təmsil olunan Liberal Partiyanın lideri Lala Şövkət Amerikanın Səsi üçün demokratik qüvvələrin tarixi adlandırdığı bu hadisəyə münasibətini bildirib.
“Mən sadəcə mövqeyimi bildirib demək istəyirəm ki, Milli Şuranın yaradılmasına müsbət baxıram. Amma Milli Şuranın yaradılması hələ məqsədə çatmaq demək deyil. Qarşıda böyük işlər var, bunun strategiyası olmalıdır. Bu birliyin səmiyyədinən çox şey asılı olacq. Əsas məqsəd demokratik seçkiyə nail olmaqdır. İndiki rejimdə belə seçkiyə nail olmaq çox çətin məsələdir. Biz illərlə mübarizə aparmışıq, lakin bir şeyə nail olmamışıq. Milli Şuranın yaranması bütün problemləri həll etmir. Bu, hələ kiçik işdir. Əsas iş ondan ibarət olacaq ki, biz məqsədə çatacayıq, yoxsa yox . Müxalifət birlik göstərə bilənədək buna nail ola bilməyəcək. Mən yenə də deyirəm ki, buna müsbət baxıram, hər halda birlik müsbət haldır, amma bu gün deyə bilmərəm ki, bütün problemlərimiz həll ediləcək . Yaşayarıq görərik.”
Lalə Şövkət vahid namizəd məsələsinin gündəmə gəlməsi məsələsinə də münasibətini bildirərək, əsas məsələnin yenə də demokratik seçki keçirilməsindən asılı olduğunu deyib. “Bunların hamısı demokratik seçki olmasa, heç bir əhəmiyyəti yoxdur. Azad və demokratik seçkilər keçirilməlidir.”
Lalə Şövkət müxalifət sıralarında birliyin mühüm əhəmiyyətə malik olduğunu qeyd etsə də, millətin fəallığının ən vacib şərt olduğunu xüsusi vurğulayıb. “Müxalifətin birliyindən daha çox millətin aktivliyindən, səfərbərliyindən çox şey asılı olacaq. Baş qəhrəman millətdir. Millət həqiqətən səfərbər olsa, aktiv olsa öz hüquqları uğrunda, seçki hüquqları uğrunda mübarizəyə çıxsa, çox şeyə nail olarıq. Bu ümumi işdir. Müxalifət deyil, baş qəhrəman millətdir.”
Lalə xanım müxalifətin 20 ildir siyasi mübarizə apardığını və bu mübarizənin asan olmadığını bildirib. “Belə baxsaq, biz liderlər 20 ildir bu yolu gedirik. Təəssüf ki yeni liderlər çıxmayıb. Amma Azərbaycanda siyasətçi olmaq, müxalifətçi olmaq məşəqqətli yoldur. Hər şeyə hazır olmalısan. Müxalifət liderlərinə çox sağ ol düşür. Onlar repressiyalara, təqiblərə məruz qalıb. Amma yenə də təkrar edirəm baş qəhrəman millətdir, müxalifət deyil. Müxalifətin birlik nümayiş etdirməsi millətə bir mesajdır. Millət bir olmasa, səfərbər olmasa demokratik seçkilərə nail olmaq mümkün deyil. Bütün işlər ikinci, üçüncü dərəcəli məsələlədir. Ən başlıca məsələ demokratik seçkilərə nail olmaq lazımdır.”