İran cəza məhkəməsi 2011-ci ilin avqust ayında Urmiyə şəhərində keçirilən kütləvi etirazlara qatılmaq ittihamı ilə mühakimə etdiyi iki Urmiyə gölü müdafiəçisini 50 zərbə şallaq cəzası və 500 min tümən cəriməyə məhkum edib.
Azərbaycan xəbər saytları, o cümlədən Oyan News veb səhifəsinə istinadən, Behzad Süleymanpur və Vəhid Faizpur 2011-ci ilin avqustunda Urmiyə gölü ilə bağlı təşkil edilən kütləvi etirazlardan sonra nəzarət altına alınmış, bir müddət Ettelaat həbsxanasında sorğu-suala çəkildikdən sonra ağır zəmanətlər qarşılığında müvəqqəti şəkildə sərbəst buraxılmışdılar.
Hakim Novbəxt həmçinin iki urmiyəli fəalı Azərbaycanın digər bölgələrində keçirilən “qanunsuz mərasimlər”-də iştirak etmək və ərdəbilli “Pantürkistləri” ilə əlaqə saxlamaqda ittiham edib.
Oyan News tərəfindən nəşr edilmiş hakim Əli Novbəxtin imzaladığı məhkəmə sənədində iki fəalın əsas ittihamı 5 avqust 2011 tarixində Urmiyədə keçirilmiş aksiyalarda iştirak etmək kimi qeyd edilib.
“Təhlükəsizlik qurumunun hazırladığı hesabatlara görə, [İran məclisi] Urmiyə gölü ilə bağlı bir layihəni rədd etdikdən sonra, 30 yaşlı Behzad Süleymanpur və 25 yaşlı Vəhid Faizpur öncədən planlaşdırılmış qanunsuz şəkildə təşkil edilmiş aksiyalara qatılıblar,” deyə məhkəmə hökmündə yazılıb.
Hakim Novbəxt həmçinin iki urmiyəli fəalı Azərbaycanın digər bölgələrində keçirilən “qanunsuz mərasimlər”-də iştirak etmək və ərdəbilli “Pantürkistləri” ilə əlaqə saxlamaqda ittiham edib.
Hər iki fəal ötən illərdə mədəni fəaliyyətlərinə dəfələrlə həbs, təqib və mühakiməyə məruz qalıb.