Labtoplar uçuşlara buraxılmaya bilər

ABŞ-ın daxili təhlükəsizlik naziri ABŞ-a və ABŞ-da bütün uçuşlarda labtopların yasaqlanması məsələsinin nəzərdən keçirildiyini bildirib.

Con Kelli deyib ki, elektron cihazlardan mülki aviasiyaya real təhlükələr mövcuddur.

Fox News Sunday telekanalına müsahibəsində Kelli terrorçuların təyyarələrin salınması ideyasından "xəstə düşdüklərini" deyib.

Qadağa mart ayında Yaxın Şərq və Şimali Afrikanın 10 şəhərindən Amerikaya gündəlik 50 uçaşda elektronik cihazların yoxlanmasına dair qanuni uzada bilər.

Bu yay mövsümündə Avropa İttifaqı ölkələri və Amerikaya 3 min 250 uçuş gözlənilir.

Britaniya eyni ölçünü Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanından uçuşlara tətbiq edib.

ABŞ Prezidenti Donald Trampın 9 günlük səfəri çərçivəsində Kelli Avropa Komissiyasının üzvləri ilə görüşündə labtopların təyyarələrə buraxılmaması məsələsini müzakirə edib.