Bu gün Amerikada Əmək bayramıdır

Bu gün Amerikada Əmək bayramıdır. Zəhmətkeşlərin şərəfinə təsis edilən bu bayram həm də yay fəslinin bitməsinin qeyri-rəsmi rəmzidir.

1894-cü ildən bəri sentyabr ayının ilk bazar ertəsi günləri keçirilən bayram həmkarlar ittifaqlarının tələbi ilə təsis edilib.

Həmkarlar ittifaqları iş həftəsinin 5 günə endirilməsi, işçilərin sağlamlıq sığortası və ödənişli məzuniyyətlə təmin edilməsinə nail olub.

Lakin son illər texnologiyanın inkişafı və qloballaşma səbəbi ilə həmkarlar ittifaqlarının üzlərinin sayı azalmaqdadır. 1983-cü ildə onların sayı 20 faiz idisə, 2013-cü ildə bu göstərici 11 faiz təşkil edib.

Əmək bayramını amerikalılar pinkinlərlə qeyd edir. Bu, həm də yay tətillərinin son günü hesab edilir. Əmək bayramı adətən böyük paradlarla müşayiət edilir.