Prezident Obama Əmək günündə Amerika əməkçiləri üçün yeni proqramlar təklif edir

  • Amerikanın səsi

Prezident Obama Əmək günündə Amerika əməkçiləri üçün yeni proqramlar təklif edir

Bu gün Birləşmiş Ştatlarda Əmək günüdür. Bir ənənə olaraq əməkçilərin işinin tərənnüm edildiyi Əmək günü bu il ölkədə işsizlik səviyyəsinin yüksək olduğu bir şəraitdə qeyd edilir. ABŞ prezidenti Barak Obama Əmək günü münasibətilə çıxışında Amerikalı işçilərindən razılığını ifadə edib. Prezident ABŞ-da avtomobil sənayesinin mərkəzi hesab edilən Miçiqan ştatının Detroyt şəhərində çıxış edib. Cənab Obama cümə axşamı Konqresin birgə iclasında çıxışı zamanı işçilərin müdafiəsi üçün yeni təkliflər açıqlayacağına söz verib. Birləşmiş Ştatlarda Əmək günü 1894-cü ildə tətsis edilib. Sentyabr ayının birinci bazaar ertəsi günü keçirilən Əmək günü adətən həmkarlar ittifaqları təşkilatlarının nümayişləri və müxtəlif toplantılarla qeyd edilir. ABŞ-ın böyük şəhərlərində bu gün də nümayişlərin keçirilməsi nəzərdə tutulub.