Hərbi tərcüməçi casusluqda ittiham edilir

Ədliyyə Nazirliyinin bildirdiyinə görə, İraqda hərbi tərcüməçi işləyən bir amerikalı "Hizbulla" terrorçu qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən Livan vətəndaşına kəşfiyyat məlumatlarını ötürməkdə ittiham edilərək, həbs edilib.

Əvvəllər Minnesota ştatının Roçester şəhərindən, dekabrın 27-dən etibarən müqavilə ilə tərcüməçi olaraq işləyən 61 yaşlı Məryəm Taha Tompson Mərkəzi Kəşfiyyat Agentliyinin xüsusi agentləri tərəfindən ABŞ-ın İraqın İrbil şəhərində yerləşən xüsusi əməliyyat bazasında həbs edilib. Xarici hökumətə yardım məqsədi ilə hərbi məlumatları ötürmək ittihamı ilə üzləşən şəxsin çərşənbə axşamı ilk dəfə Vaşinqtonda federal məhkəmə qarşısına çıxarılması planlaşdırılırdı.

Pentaqonun mətbuat katibi Alisa Farah nazirliyin Tompsona qarşı irəli sürülən ittihamlardan xəbərdar olduğunu və ABŞ qüvvələrinin qorunması da daxil olmaqla, bütün lazımi tədbirlərin görüldüyünü deyib. ABŞ ordusu üçün müqavilə ilə tərcüməçini işə götürən şirkət açıqlama verməkdən imtina edib.

Ədliyyə Nazirliyinin məlumatına görə, Tompsonun həbsinə səbəb Mərkəzi Kəşfiyyat Agentliyinin apardığı istintaqın nəticələri - onun ABŞ hökumətinin ona verdiyi səlahiyyətdən istifadfə edərək 30 dekabr tarixindən sonra altı həftə ərzində `İnsan qaynaqları` adlı gizli məlumat mənbələrindən onlarla təsnif edilmiş hərbi kompüter sənədlərinə daxil olduğunu isbat etməsi olub.

Ədliyyə Nazirliyinin açıqlamasında deyilir ki, sənədlərdə "həqiqi adlar, fərdi identifikasiya məlumatları, insan aktivlərinin əsas məlumatları və fotoşəkilləri, habelə Birləşmiş Ştatlar hökumətinə verilən aktivlərin məlumatlarını əks etdirən əməliyyat kabelləri" yer alıb.