Körpüdə yay istirahəti

Your browser doesn’t support HTML5

Budapeştdə günəş çıxan kimi yüzlərlə adam Dunay çayı üzərindəki körpüyə yoqa matlarını salır Bu körpü konsertlər, rəqslər və pikniklər üçün unikal bir yerə çevrilib.

Bu tipik yay istirahəti deyil. Budapeştdə 19-cu əsrdə salınmış Azadlıq Körpüsü yayda insanların istirahət edə biləcəyi əraziyə çevrilib.

Amma şəhər sakinləri körpünün daha çox imkanlar təklif etdiyini söyləyirlər.

Budapeşt sakini Katalin Rakosi deyir ki, onların Azadlıq Körpüsünün üzərində olmaları özü gözəl bir hissdir və onlar çaydan, körpüdən, göydən və hətta yağışdan belə gələn azadlığı, sərbəstliyi hiss edirlər. Bu heyrətamizdir.

Bir neçə addım kənarda başqaları dincəlir və ya idman edirlər. Yoqa müəllimi olan Zita Demeter deyir ki, burada olan enerji onun tələbələrinə yoqa məşqləri zamanı ətrafla əlaqə yaratmağa kömək edir.

Yoqa müəllimi olan Zita Demeter burada çox xüsusi axın və dinamikanın olduğunu söyləyir. O deyir ki, insanlar burada Dunay çayının axını və Budapeşt mühiti ilə əlaqə yarada bilirlər.

Mənbəyi Almaniyada başlayan və Qara Dənizə tökülən Dunay çayı Avropanın ikinci ən uzun çayıdır.

Layihənin koordinatoru Bencamin Piter deyir ki, bu istirahət məkanı hamı üçün açıqdır. O bildirir ki, onlar elə bir ictimai istrahət yeri yaratmaq istəyiblər ki, orada hər şey pulsuz olsun, körpüdə heç bir reklam və satış obyekti yoxdur.

Körpünün üzərində sosis qızardan Piter Tot söyləyir ki, bu körpü şəhərin mərkəzində müxtəlif insanları dincəlmək üçün bir araya gətirən yerə çevrilib. Piter Tot "Çoxlu insan var, özünüz də görürsünüz, burada Macarıstandan, dünyanın hər yerindən insanlar, turistlər var. Onlar dincəlir, əylənir, sərinlənirlər. Məhz buna görə də bu körpü dincəlmək üçün gözəl yerdir.” deyir.

Günün sonunda isə musiqi sədalarının bürüdüyü bu körpü konsert meydançasına çevrilərək, rəqs həvəskarlarını özünə cəlb edir. Azadlıq Körpüsü adlanan bu həmişə dəyişkən istirahət güşəsi beləliklə daha bir əsrarəngiz transformasiyadan keçir.