"Könlüm keçir Qarabağdan" fotosərgisi

Your browser doesn’t support HTML5

Sentyabrın 24-də “Bakı Metropoliteni” QSC-nin təşkilatçılığı ilə “Gənclik” stansiyasının keçidlərində “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb. Burada geniş ictimaiyyətə açıq sərgi formatında təqdim olunan 92 nadir foto, əsasən, Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən təqdim olunub. Fotoşəkillərdə XX əsrdəki gündəlik həyatın bir parçası olan sosial-mədəni mühit, məişəti, təbiət və mənzərələr canlandırılıb. Hər stenddə təqdim edilən QR kod isə sərgini canlı görmək imkanı olmayanlara fərqli məkanlarda müvafiq mobil cihazlar vasitəsilə izləməyə şərait yaradır.